Bu gün cəmiyyətimizdə narahatlıq doğuran hadisələrdən biri aliment ödənişiylə bağlı yaranan qalmaqalları hesab etmək olar. Xüsusən də tanınmışların belə hallarla üz-üzə qalması problemin ciddiliyindən xəbər verir. Gec də olsa bir daha bu mövzuya qayıtmaq istərdim.
Bu gün bu istiqamətdə apardığımız müşahidələr göstərir ki, Regional ədliyyə idarələri və paralel olaraq hər rayonda olan icra və Probasiya şöbələrinə edilən müraciətlərin 30 faizindən çoxu məhz alimentlə bağlıdır.
Yəni valideyn ya aliment ödəməkdən yayınır, ya boyun qaçırır, ya başqa ölkəyə mühacirət etdiyindən tapılmır, ya da özünü işsiz hesab etdiyindən ödəməyə maliyyə vəsaiti tapa bilmir. Onlarca real və qeyri-real faktlarla üz-üzə qalan icra məmurları qanunun aliliyini üstün tutaraq, problemin həllinə çalışırlar. Lakin problem çox az sayda öz həllini tapmış olur. Bütün hallarda tərəfləri bir masa arxasında otuzdurmaqla problemi çözmək, həlli etmək hər saat mümkün olmur.
Digər bir tərəfdən Azərbaycan övladı böyüyür, gələcəkdə ölkəmizə layiqli vətəndaş olmaq istəyir amma...
Valideynlərin bir-birinə qanlı düşmən kimi baxması nəticədə alimentin vaxtında ödənişinin olmamasına gətirir, o cümlədən yeniyetmənin cəmiyyətin tam formalaşmış gənci kimi yetişməsinə mane olur.
Sössüz ki, bütün bunlar gəncin həm sağlam böyüməsinə, təhsil almasına, cəmiyyətdə özünə yer tapmasına ciddi əngəl yaradır.
Yəni problem davam edir, illər lazım gəlir ki, ata alimentini versin. Vaxtında vermədyindən uşaqda psixi durumundan tutmuş hər bir sahəsinə ciddi təsir etmiş olur.
Bəs belə vəziyyətdə nə etməli? Bü günlərdə cəmiyyət, tutalım, birləşib hansısa bir tanınmışın borcunun bir hissəsini ödəmiş oldu. Amma bununla iş bitmir axı. Bu tendensiya davam edir və etməkdədir.
irəli sürəcəyim təklif yeni deyil. Ancaq köhnədə deyil.
Belə ki, dövlət vəsaiti hesabına “Dövlət Aliment Fondu” yaradıla bilər. Məhkəmənin qərarıyla aliment kəsilən uşaqlara aliment probemsiz olaraq bu fond tərəfindən verilə bilər. Yəni Azərbaycan uşağının böyüməsində, inkişfında, təhsil almasında hər hansı problem yaşanmır. Lakin aliment ödəməli olan şəxs dərhal aliment fondu tərəfindən qeydiyyata alınır və uşağa ödənilməli olan məbləğ öndan artıq Dövlət Aliment Fondu tərəfindən alınır. Və bu şəxsdə qeydiyyyatda olduğundan və nəzarətə götürüldüyündüən məsuliyyətdən yayına bilmir. Bu fondun yaradılmasında əsas məqsəd Azərbaycan uşağının yetgin vətəndaş kimi böyüməsinə də təsir etmiş olacaqdır.
Gəlin unutmayaq ki, bu qalmaqallı ailələrdə böyüyən uşaqların gələcək taleyinin necə olacağını heç cür proqnoz vermək mümkün deyildir.
Yəni burada vətəndaşın da məsuliyyəti artır və tutalım işlə bağlı problemi olduqda, məhz bu fond onun işlə təmin edilməsinə də və sair məsələlərin həllndə problem sürətli şəklidə öz həllini tapmış olur.
Beləliklə, yekun olaraq deməliyəm ki, bu tipli sistem ölkəmizdə artıq vardır. əmanətlərin sığortlanması fondu məhz bu sistemə yaxın bir strukturdur. Və əsas məqsədi də vətəndaş məmnunluğunu təmin etməkdir. Məhz bu fondun hesabına müflis olmuş banklardakı əmanətlərin qaytarılması dövlət öz üzərinə götürdü və icra etdi, nəticədə hər hansı problem yaşanmadı.
Yuxarıda qeyd etdiyimiz “Dövlət Aliment fondu”nun yaradılması da bu sistemlə həyata keçirilə bilər və mövcud problemlərdə öz həllni tapmış olar, həmdə icra və probasiya şöbələrinin və Regional ədliyyə idarələrinin üzərinə düşən yük də azalmış olar.
Bununla bağlı sistem düzgün qurulmuş olsa, onda işlərdə saat mexanizmi tək işləyəcək və nəticədə vətəndaş məmnunluğu sürətlə təmin edilmiş olacaqdır.
Vüqar Tofiqli